Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin aparıcı analitiki İbrahim Ağayev Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri üçün seminar keçib.
Bankın əməkdaşı seminarda kapital bazarı, qiymətli kağızlar və kapital bazarından maliyyələşmə imkanları barədə tələbələrə məlumat verib.
Həmçinin Mərkəzi Bankın iş və təcrübə imkanlarından danışaraq, tələbələri maraqlandıran sualları cavablandırıb.