A

UNEC Karyera Mərkəzi və High Result Academy şirkətinin təşkilatçılığı ilə tələbələrə “Xarici dillərin və veb-proqramlaşdırma biliklərinin keyfiyyətli şəkildə öyrənilməsi” mövzusunda təlimlər keçirilib.

“High Result Academy”nin mütəxəssisləri Akif Həmişəzadə, Hekmat Amiri və Fəxriyyə İskəndərovanın apardığı təlimlərdə tələbələrə xarici dillərin daha asan üsulla və dərindən öyrənilməsi yolları, veb-proqramlaşdırmanın müasir tələblərə uyğun şəkildə mənimsənilməsi barədə ətraflı məlumat verilib.

Tədbirdə tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR