Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Azerbaijan Business Case Competition (ABCC) yarışmasında uğur qazanaraq qaliblər sırasında yer alıblar.
ISE tələbələri yarışmada yüksək nəticə göstərərək 2-ci və 3-cü yerlərə layiq görülüblər.
2-ci yerə layiq görülən komandanın üzvləri Şəhla Xankişiyeva, Emil Nəzərov, Ülkər İdayətova və Hüseyn İbrahimov olub.
3-cü yeri qazanan komanda isə Rəvan Baxışov, Nəzrin Səfərova, Nihad Həsənzadə və Aidə Tarverdiyeva-dan ibarət olub.
Sonda qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ABCC Biznes Akademiyası və sessiyalarında ümumilikdə 26 komanda iştirak edib. Bu komandaların 13-ü UNEC tələbələrindən ibarət olub. Digər iştirakçılar ADA Universiteti, Bakı Ali Neft Məktəbi (BANM) və digər ali təhsil müəssisələrini təmsil ediblər.
Sessiyalar zamanı iştirakçılar biznes keys analizi, strateji düşünmə və effektiv təqdimat bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. Yarışma çərçivəsində tələbələr real biznes problemləri əsasında həllər hazırlayıb, təqdimatlarını sahə üzrə peşəkar mütəxəssislər qarşısında müdafiə ediblər.
Qeyd edək ki, MOK yarışmaları ilk dəfə olaraq UNEC-də təşkil olunub.