A

UNEC-də tələbə məmnuniyyətinin ölçülməsi və təhsil mühitinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən növbəti anonim sorğunun nəticələri açıqlanıb.

UNEC Tələbə-Rektoru Ayan Cavadzadənin təşəbbüsü və təşkilatçılığı ilə 16 fevral-1 mart 2026-cı il tarixlərini əhatə edən sorğuda tələbələrin universitet həyatının müxtəlif istiqamətləri üzrə rəyləri öyrənilib. UNEC rektoru professor Ədalət Muradov Ayan Cavadzadə ilə sorğunun nəticələrini müzakirə edib.

Sorğunun nəticələrinə əsasən, UNEC tələbələri universitetdə yaradılan şəraitdən və tədris prosesindən yüksək dərəcədə razıdırlar:

  • Auditoriya şəraiti və texniki imkanlar: 94,6%
  • Tədris keyfiyyəti və dərslərin praktik faydalılığı: 94,3%
  • Müəllimlərin mövzunu izah etmə səviyyəsi: 94,2%
  • Dərs mühitinin rahatlığı: 93,7%
  • İmtahan suallarının və qiymətləndirmənin ədalətliliyi: 93,6%
  • Tələbə təşkilatlarının fəaliyyəti: 88,7%

Sorğuda tələbələr bəzi narazılıqlarını və təklifləri də qeyd olunub.

Tələbələrin 68,6%-i imtahan nəticələrinin gec elan olunmasından, 23,4%-i isə apellyasiya mexanizminin mövcud vəziyyətindən narazılığını bildirib. Tələbələr apellyasiya prosesində müraciətlərin daha əsaslandırılmış və izahlı cavab mexanizmi ilə müşayiət olunmasını, qərarların şəffaflığının artırılmasını vacib hesab ediblər.

Tələbələrin kitabxanadan istifadə aktivliyi də sorğuda əksini tapıb. Belə ki, tələbələrin 20,7%-i kitabxanadan mütəmadi, 62,9%-i isə ehtiyac olduqda istifadə edir. Bununla yanaşı, tələbələr universitet daxilində əlavə sosial və funksional məkanların yaradılmasına ehtiyac duyduqlarını xüsusi vurğulayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay