A

SciVal analitik platformasında 2020-2026-cı illər ərzində Azərbaycan alimlərinin Süni intellekt üzrə 646 məqaləsi dərc edilib ki, bunlardan 67-si UNEC alimlərinin payına düşür. Nəşrlərin sayına görə UNEC 4-cü sırada yer alır. UNEC nəşrlərinə edilən ümumi isnad sayı 287 olub.

Dünyada Süni intellekt üzrə ən çox istinad edilən nəşrlər arasında UNEC nəşrlərinin payı 12-dir (17.9%). Tədqiq etdiyimiz mövzu üzrə top 10 jurnallarda (SNIP) yer alan elmi nəşrlərin payı 26 (65.0%), SCIMago Journal Rank (SJR) üzrə isə 7(18.4%) təşkil edir. İsnad sayına görə ən yaxşı 3 məqalə aşağıdakılardır:

  1. Does service quality matter in FinTech payment services? An integrated SERVQUAL and TAM approach /Sharma, V., Jangir, K., Gupta, M., Rupeika-Apoga, Ramona //International Journal of Information Management Data Insights, (2024) 4 (2). (Citation 69; FWCI- 9.98)
  2. Perception and expression-based dual expert decision-making approach to information sciences with integrated quantum fuzzy modelling for renewable energy project selection/ Kou, G., Pamucar, D., Dinçer, H. and 3 more //Information Sciences, (2024)  V. 658. (Citation 24; FWCI- 3.26)
  3. Artificial intelligence-based switching frequency regulation with fast terminal sliding mode control for DC–DC step-down converters/Balta, G., Hi̇sar, Ç., Altin, N.// Expert Systems with Applications, (2023) V. 228. (Citation 21; FWCI- 1.73)

Süni intellekt üzrə UNEC nəşrlərinə Scopusda ümumi baxış sayı 2718, hər nəşrə düşən baxış sayı isə 40.6 təşkil edir. Dünyada ən çox baxılan TOP 10%  nəşrlər arasında UNEC nəşrlərinin payı 40 (59.7%) təşkil edir. Jurnalların kvartillərinə gəldikdə Süni intellekt barədə yazılmış məqalələrin 50 faizi (31 nəşr) Q1/Q2 kvartilli jurnallarda dərc edilib. Mövzu üzrə UNEC-dən 45 müəllifin məqaləsi dərc edilib və top 10 müəllif bunlardır: Pamucar Dragan Stevan S., Dinçer Hasan, Yüksel Serhat, Moslem Sarbast, Vüsal Kərimli, Yadulla Həsənli, Ülviyyə Rzayeva, Rəna Mikayılova, Əli Abbasov, Şahnaz Şahbazova. 2020-2026-cı illər ərzində UNEC-in araşdırılan sahə üzrə beynəlxalq əməkdaşlığı 71.6% (234 sitat), milli əməkdaşlıq 14.9% (51 sitat), institusional əməkdaşlıq isə 7.5% (1 sitat) təşkil edir.

UNEC alimlərinin süni intellektlə bağlı araşdırmalarda beynəlxalq əməkdaşlıq etdiyi top 10 universitet bunlardır: Saveetha Institute of Medical and Technical Sciences (Deemed to be University), Korea University, İstanbul Medipol University, Yuan Ze University, University of Belgrade, Southwest University, Budapest University of Technology and Economics, University College London, Chitkara University, Southwestern University of Finance and Economics.

Əməkdaşlıq edilən milli universitetlər isə - Qərbi Kaspi Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti və Odlar Yurdu universitetidir.

Qeyd edək ki, süni intellektə dair aparılan SciVal üzrə təhlil (https://www.scival.com/overview/summary?uri=Institution%2F718666) KİM-in “Süni intellektə dair resurs tövsiyələri” adlı layihə çərçivəsində həyata keçirilmiş və 03.03.2026-cı il tarixinə aiddir.

Adilə Abdullayeva,
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru. 

TOP XƏBƏRLƏR