A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Az-Granata” MMC rəhbərliyi tələbələrlə görüşüb.

Tədbirdə “Az-Granata” MMC -nin idarə heyətinin sədri Ceyhun Bəxtiyarlı çıxış edərək, zavod haqqında ümumi məlumat verib. O, zavodun üzərinə götürdüyü missiya və hədəflərdən bəhs edib.

Daha sonra İxrac şöbəsinin meneceri Nəzri Rəhimova çıxışında “Az-Granata” məhsullarının 20-dən çox ölkəyə ixrac olunduğunu vurğulayaraq, ixrac perspektivləri barəsində tələbələri məlumatlandırıb.

“Az-Granata” MMC-nin Kommersiya departamentinin direktoru, İdarə heyətinin üzvü Cəlal Şirəlizadə zavod rəhbərliyinin tələbələrə xüsusi önəm verdiyini, buna görə də universitetlərlə əməkdaşlıq çərçivəsində zavod turları təşkil edildiyini qeyd edib. O, həmçinin UNEC tələbələrinin Ödənişli Təcrübə Proqramında iştirak edə biləcəklərini də bildirib. 

Sonda çıxış edən alkoqollu içkilər sektorunun istehsal müdiri Yusif Ləzgiyev “Az-Granata”nın Ağsuda yerləşən zavodunda istifadə edilən son texnologiyalar ilə tələbələri tanış edib və şərabçılıqla bağlı dünya və yerli təcrübə haqqında məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay