A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində II kursda təhsil alan magistrantlar üçün “Magistr dissertasiyasının yazılması Qaydaları” mövzusunda master klas tipli təqdimat keçirilmişdir.

Təqdimatda dissertasiya işinin tərtibi və müdafiəyə hazırlanması prosedurları, magistr dissertasiyasının strukturu və yazılış qaydalarına dair tələblər, eləcə də magistr dissertasiyası üzrə hesabatların təqdim edilməsi və qiymətləndirilməsi barədə ətraflı məlumatlar verilmişdir.

Magsitr dissertasiyasının elmi rəhbər tərəfindən və dissertasiyanın İxtisaslaşdırılmış Şurada qiymətləndirilməsi meyarları barədə təkliflər təqdimat iştirakçıları arasında xüsusi maraq doğurmuşdur.

Təqdimat zamanı magistrantların fəallığı və rəyləri mövzunun aktuallığını göstərməklə yanaşı, bu qaydaların magistrantlar üçün mühüm əhəmiyyətə malik olduğunu da göstərdi. İri həcmli və sistemli elmi-tədqiqat işlərinin aparılması istiqamətində ilk addımlarını atan magistrantlar üçün istiqamətverici xarakter daşıyan bu qaydalar magistratura pilləsində ali təhsilin keyfiyyətinin artırılması üçün də faydalı olacaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay