UNEC-in Elmi Şurasının qərarına əsasən, Yay semestri hibrid formada təşkil ediləcək.

Tələbələr istəklərinə uyğun olaraq, mühazirə-məşğələ dərslərinə istər onlayn, istərsə də universitetə gələrək qoşula biləcəklər.

Yay semestrinin imtahan sessiyası isə (həm aralıq qiymətləndirmə, həm də sessiya imtahanları) universitetin imtahan zallarında təşkil ediləcək.

Tələbələrlə bağlanılacaq müqavilələr iki formada hazırlanıb: onlayn qoşulanlar və hibrid auditoriyalardan qoşulanlar üçün. Tələbə yay semestrində iştirak forması ilə bağlı iki haldan biri üzrə müqavilə bağladığı halda sonuna kimi həmin müqavilənin tələblərinə uyğun öz öhdəliklərini yerinə yetirməlidir. Mühazirə sessiyasının hər hansı bir məqamında tədris formasını dəyişmək istəyi nəzərə alınmayacaq. 

Tələbə Yay semestrində onlayn qaydada (olduğu yerdən) iştirakı seçdiyi halda dərs prosesinə yalnız kompüter və ya noutbuk vasitəsilə qoşulmağı, dərs prosesində görüntüsünün və müəllimlə ünsiyyət zamanı səsinin daima açıq olmasını, həmçinin internetə çıxışının stabil olmasını təmin etməlidir. Əks halda, yaranacaq bütün problemlərə görə məsuliyyəti tələbə daşıyacaqdır.

Fənlər üzrə müqavilələrin bağlanılması tələbənin istəyindən asılı olaraq, onlayn və ya ənənəvi formada aparılacaq. Müqaviləni elektron formada imzalayıb göndərən tələbələr həmin müqavilələrin fiziki təsdiqlənməsini imtahan sessiyası zamanı təmin etməlidirlər. 

Bütün tələbələrin elektron kabinetlərinə cari tədris ilində Yay semestrinin hibrid auditoriyalarda həm onlayn, həm də fiziki iştirak təmin edilməklə keçiriləcəyi barədə məlumat göndəriləcəkdir.

Yay semestrində tədris aparmaq üçün seçilmiş professor-müəllim heyəti mühazirə və məşğələ dərslərini universitetin hybrid auditoriyalarından təmin edəcəklər.

Təhsil haqları dərslər başlayanadək ödəməlidirlər. 

Tələbələr Yay semestrinə qeydiyyatdan keçməklə bağlı təhsil aldıqları fakültənin tyutorlarına müraciət etməlidirlər.

Ətraflı məlumat üçün əlaqə: (012) 564 38 92

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay