UNEC tələbələr üçün UDİD və MİNOR təhsil proqramlarını təklif edir.
Universitet Daxili İki Diplom (UDİD) proqramlarını tələbələrə universitetə qəbul olduqları ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr diplomu əldə etmək, rəqabətədavamlı mütəxəssis kimi yetişmək, əmək bazarının tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.
UDİD proqramını uğurla bitirən tələbələr məzun olduqda, iki ixtisas üzrə, 2 ayrı diplom əldə etmiş olurlar.
İxtisas üzrə MİNOR proqramını bitirənlər isə dinlədikləri sahə üzrə sertifikat əldə edirlər.
Hər iki proqram bakalavr tələbələri üçündür. UDİD proqramında yalnız UNEC tələbələri, MİNOR proqramında isə digər universitetlərin tələbələri də iştirak edə bilərlər.
UDİD proqramına qoşulmaq üçün müraciət şərtləri:
- I kurs tələbəsi olmaq;
- ÜOMG - UDİD proqramı üçün ən azı - 71 bal,
MİNOR proqramı üçün ən azı- 65 bal;
- akademik borcun olmaması.
UDİD proqramı üzrə ixtisaslar: Maliyyə, Mühasibat, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi, Menecment, Marketinq, İqtisadiyyat, Statistika.
Tədris dili: azərbaycan, ingilis, türk, rus.
Tələbə UDİD proqramında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də iştirak edə bilər. İngilis dilində təhsil almaq istəyənlərdən xarici dil sertifikatı tələb olunur.
Tələb olunan sənədlər:
- UNEC rektorunun adına ərizə;
- Akademik transkript.
UDİD proqramına sənəd qəbulu iyun ayında, MİNOR proqramına isə fevral və iyun aylarında aparılır.
Ətraflı məlumat əldə etmək üçün əlaqə:
(012) 492 66 55, (055) 886 63 10
Ünvan: UNEC, Əsas tədris binası, otaq 127