“Başak Group” satış üzrə kiçik mütəxəssis vakansiyası elan edir.
Namizədə tələblər:
- Ali təhsil;
- Ana dilində səlis danışıq (Rus dili arzu olunandır);
- Müştəri yönümlülük, təqdimetmə bacarığı;
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Vəzifə öhdəlikləri:
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.
İş qrafiki : Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini 15 fevrala qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına mövzu hissəsinə “Satış üzrə kiçik mütəxəssis” yazaraq göndərə bilər.