Holberton School ilə əməkdaşlıq çərçivəsində İT sahəsində karyera qurmaq istəyən tələbələr üçün seminar tipli görüş keçiriləcək.
Görüş zamanı informasiya texnologiyaları sahəsində təşkil olunan ödənişli təlim proqramları, proqram təminatı hazırlanması, proqramlaşdırma, müasir texnoloji həllər və praktiki yönümlü tədris modeli haqqında ətraflı məlumat təqdim ediləcək.
Seminarın əsas məqsədləri:
• İT sahəsində mövcud təlim proqramlarının təqdimatı
• Proqramların strukturu, müddəti və üstünlükləri barədə məlumat
• Tədris modelinin və praktiki yanaşmanın izahı
• Tələbələrin bu istiqamətdə ehtiyac və maraqlarının öyrənilməsi
• Sual-cavab və interaktiv müzakirə
İnnovativ təhsil imkanları, beynəlxalq təcrübə və texnologiya sahəsində inkişaf perspektivləri ilə maraqlanan bütün tələbələri görüşə dəvət edirik.
Tarix: 27 fevral 11:00
Məkan: UNEC, 3 saylı tədris binası