A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində “Korrupsiyaya qarşı birgə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir təşkil olunub. 

Tədbirdə “İqtisadiyyat” kafedrasının dosenti Pərviz Səmədov çıxış edərək korrupsiyaya qarşı mübarizənin cəmiyyətin ədalətli və şəffaf inkişafının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. P.Səmədov vətəndaşların maarifləndirilməsinin, etik dəyərlərin təşviqinin korrupsiyaya qarşı neqativ halların azaldılmasına mühüm töhfə verdiyini də diqqətə çatdırıb. 

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay