Campus Fransız Azərbaycan təhsil mərkəzi “Etudes en France” (EeF) elektron platformanın tətbiqinə başlayıb.

Azərbaycanda yaşayan azərbaycanlı tələbələrin 2022/2023-cü tədris ilində Fransa universitetlərinə qəbul olmaq üçün bütün müraciətləri eksklüziv olaraq "Etudes en France" elektron platforması vasitəsilə aparılır. Müraciətlər tez bir zamanda aşağıda qeyd olunan platformaya göndərilməlidir:

https://pastel.diplomatie.gouv.fr/etudesenfrance/dyn/public/authentification/login.html

Qeydiyyat ən geci aşağıdakı tarixlərdə edilməlidir:

15 dekabr 2021-ci il tarixinədək: Bakalavrın birinci kursuna qeydiyyatla bağlı ilkin qəbul müraciətləri (DAP) üçün;

1 yanvar 2021-ci il tarixinədək: bütün digər müraciətlər üçün (bakalavrın 2-ci kursundan magistratura pilləsinin sonuncu kursunadək və doktorantura müraciətləri).

Prosedur ödənişlidir və qeydiyyat haqqı hər tələbəyə görə 100 AZN təşkil edir.

Prosedurun izahlı təlimatı : https://bit.ly/3FuXj1C

Bütün ətraflı məlumat və ya dəstək üçün, Campus France Azərbaycan təhsil mərkəzi ilə əlaqə saxlamaya bilərsiz.

Tel: 051 207 02 95 

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ünvan: Azərbaycanda Fransız İnstitutu, Füzuli küçəsi 67

II-V günlər: 09.00-13.00 və 14.00-18.00

VI gün: 09.00-17.00 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay