Azerbaijan Fish Farm MMC 2023- cü tədris ili üçün Yay Təcrübə Proqramı elan edir.

İstedadlı, motivasiyalı, öyrənməyə açıq, inkişafa meylli gənclər təcrübə proqramında istehsalat, maliyyə, təchizat, insan resursları, marketinq sahəsində təcrübi biliklər qazanacaqlar. Həmçinin işləyərək öyrənmək imkanı əldə edəcəklər və real iş mühiti ilə tanış olacaqlar. Təcrübəni uğurla bitirən gənclər sertifikat əldə edəcəklər və AFF MMC-də karyera qurmaq imkanı qazanacaqlar.

Təcrübə proqramı kimlər üçün nəzərdə tutulur:

  • İqtisadiyyat, Maliyyə, Mühasibat, Biznesin idarəedilməsi, Menecment, Kimya, Kimya Mühəndisliyi, Qida mühəndisliyi, Biologiya, Mikrobiologiya, Balıqçılıq, Su bioehtiyatları və akvakultura, Baytarlıq, Marketinq ixtisasları üzrə təhsil alan 4-cü kurs və magistr tələbələri və yeni məzunlar.
  • Yaradıcı, innovativ, daim öyrənməyə və inkişafa marağı olanlar; 
  • MS office proqramları ilə işləməyi bacaran. 

İş rejimi: 

  • İş saatı: 09:00-dan 18:00-dək (tələbələr üçün natamam iş vaxtı təyin edilə bilər); 
  • Həftədə 5 gün, şənbə və bazar istirahət günləri;  
  • Təcrübə proqramı ödənişli əsaslarla olacaq; 
  • Təcrübə müddəti: 3 ay.

Müraciət etmək istəyən namizədlər CV-lərini “Təcrübəçi-Marketinq”, “Təcrübəçi - İnsan Resursları”, “Təcrübəçi - İstehsalat”, “Təcrübəçi - Maliyyə”, “Təcrübəçi - Təchizat” başlığı ilə  31.03.2023 - cü il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərə bilər.

Ətraflı məlumat: http://aff.az
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tel.: 1846, daxili 1132 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay