UNEC 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi çərçivəsində UNEC alimlərinin əsərləri ilə yanaşı, beynəlxalq nəşrlər təqdim ediləcək. Sərgi çərçivəsində 3 kitabın təqdimatının keçirilməsi də nəzərdə tutulub.

Hər kəsi UNEC ( B204) stendini ziyarət etməyə dəvət edirik!

QEYD: Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.

Sərginin təqdimat videosu üçün keçid linki: https://fb.watch/o9E6EzMXEN/

TOP XƏBƏRLƏR