Dekabrın 15-də UNEC-də “DocNet” istifadəçiləri üçün Elektron Sənəd Dövriyyəsi Sistemindən (ESDS) istifadə qaydalarına dair” növbəti praktiki təlim keçiriləcək.

Təlimdə yeni DocNet istifadəçilərinə Elektron Sənəd Dövriyyəsi Sistemindən istifadə qaydaları barədə məlumat veriləcək. Həmçinin elektron kargüzarlığın aparılması qaydaları, ESDS-in müvafiq funksionallığı ilə bağlı təqdimat keçiriləcək.

Təlim “Ultra Technologies” şirkətinin əməkdaşı Könül Babayeva tərəfindən aparılacaq.

Elektron Sənəd Dövriyyəsi Sisteminin yeni istifadəçiləri, eləcə də sistemlə bağlı sualı olan əməkdaşlar təlimdə iştirak edə bilərlər.

Tədbir UNEC-in əsas tədris binasında, saat 10:00-da, 305-ci otaqda keçiriləcək.

TOP XƏBƏRLƏR