MDPI (Multidisciplinary Digital Publishing Institute) institutunun nəşri olan Sustainability İsveçrə Konfederasiyasının Open Access jurnalıdır.

Jurnalda coğrafiya, planlaşdırma, inkişaf, ətraf mühit elmləri, idarəetmə, siyasət, hüquq, enerji mühəndisliyi və texnologiyalarına aid məqalələr yer almaqdadır. Jurnalın əsas məqsədi məqalələrin eksperimental və nəzəri nəticələrinin nəşrini təmin etməkdir.

SIR reytinq sıralamasında SJR2020-0.61 olan jurnalın kvartili Q1, ISSN nömrəsi 20711050, impakt faktoru 3.251, Cite Score2020 3.9-dir. Open Acess jurnal AGRIS, CABI, DOAJ, RePEc, SCIE/SSCI Web of Science, Scopus və s.bazalarda indeksləşir. Jurnalın linki: https://www.mdpi.com/journal/sustainability

Tədqiqat istiqaməti jurnalın araşdırma sahələrinə uyğun olan müəlliflər https://login.mdpi.com/login?_target_path=https%3A%2F%2Fsusy.mdpi.com%2Fuser%2Flogin%3FauthAll%3Dtrue linkinə daxil olaraq qeydiyyatdan keçə və məqalənin təqdim olunma şərtlərinə uyğun şəkildə elmi nəşrini təqdim edə bilər. Jurnal haqqında əlavə məlumat almaq üçün linkinə https://www.mdpi.com/about/contact keçid edə bilərsiniz.

 2018-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin 6 məqaləsi (siyahı) “Sustainability” jurnalında nəşr olunub.

2018-2020-ci illər üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin “Sustainability” jurnalında nəşr olunmuş məqalələri

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay