A

UNEC-də kitab müzakirəsi ilə bağlı növbəti tədbir Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı və UNEC Kitabxana – İnformasiya Mərkəzinin 2 saylı kitabxanasının dəstəyi ilə keçirilib.

Müzakirə “Humanitar fənlər” kafedrasının professoru, tarix elmləri doktoru Nizami Süleymanovun “Azərbaycan Səfəvi dövləti XVII əsrdə” monoqrafiyasına həsr olunub.

Tədbirdə kafedranın müdiri, prof.Vəkil Həsənov, dosent Leyli Həmidova, 2 saylı kitabxananın müdiri Rəsmiyyə Rzayeva, kitabı müəllifi prof. Nizami Süleymanov çıxış edərək, müzakirə olunan monoqrafiyanın ərsəyə gəlməsi və əhəmiyyəti barədə danışıblar.

Çıxış edənlər əcnəbi səyyahların gündəlikləri əsasında hazırlanmış monoqrafiyada Azərbaycan tarixinin XVII əsr dövrünün bir sıra açılmamış səhifələrinə aydınlıq gətirildiyini diqqətə çatdırıblar.

Müzakirələrin sonunda iştirakçılar prof.Nizami Süleymanovun kitablarının sərgisi ilə də tanış olublar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay