A

UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının baş müəllimi Rəna Hüseynova  Bakı şəhər Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbində  “Mysterious web – Sirli şəbəkə” adlı maarifləndirici tədbirdə iştirak edib. 

Rəna Hüseynova rəqəmsal dünya, internet, informasiya texnologiyaları, sosial şəbəkələr, kompüter oyunları, onların faydaları və gənclərin təhsilinə, sağlamlığına, psixologiyasına, ailə-övlad münasibətlərinə vurduğu zərərləri barədə geniş təqdimatla çıxış edib. 

Tədbirdə digər təşkilatların nümayəndələri, müəllim, valideyn və şagird heyəti iştirak edib.

Sonda tədbir iştirakçılarının sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay