A

UNEC-in Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə Slovakiyanın Bratislava İqtisad Universitetində bir həftəlik təqaüdlü elmi mübadilə proqramında iştirak edib.

Proqram çərçivəsində Şəfa Əlizadə Bratislava İqtisad Universitetinin (EUBA) əməkdaşlarına, professor-müəllim heyətinə UNEC-dəki elmi beynəlmiləlləşmə, elmi jurnalların fəaliyyəti, universitetin elmmetrika siyasəti barədə təqdimat edib.

UNEC əməkdaşı eyni zamanda, Beynəlxalq əlaqələr departamentinin direktoru Miroslava Darnadiova ilə görüşərək, UNEC və EUBA arasında birgə elmi tədqiqat layihələrinin icrası və elmi əməkdaşlığın sürətləndirilməsi ilə əlaqədar müzakirələr aparıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay