A

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan  abituriyentlərin qeydiyyatı  üçün tələb olunan sənədlər:

1. Attestatın əsli;
2. Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd;
3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
4. Fotoşəkil(ağ fonda) 3x4 ölçüdə - 5 ədəd;
5. Əmək kitabçasının surəti (işləyənlər üçün).

QEYD: ödənişli təhsil alan I kurs tələbələri qeydiyyatdan keçərkən I ilin təhsil haqqını müqavilə şərtlərinə uyğun tam şəkildə ödəməli, sonrakı illərdə isə ildə iki dəfə  hissə hissə ödəyə bilər.

TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏ GÜZƏŞT (AZAD OLMA) AŞAĞIDAKI ŞƏXSLƏRƏ ŞAMİL EDİLİR:

1. 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.

“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında”
Əsas: Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

2. Şəhid ailəsi statusunu almış ailənin üzvü.

Əsas: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”
Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu (maddə 3).

3. 2014/2015-ci tədris ilindən etibarən:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında”.
Əsas:Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı.

4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və ya II qrup əlil olan uşaqlar (2013/2014-cü tədris ilindən etibarən).

Əsas: “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
Əsas:“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).
Əsas: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2017-ci il tarixli qərarı (bəndlər 2, 3, 5).

TƏHSİL HAQQINDAN AZAD OLUNAN ABİTURİYENTLƏRDƏN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:

  • Attestatın əsli;
  • Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd.
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  • Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd;
  • Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti;

*
2. Şəhid ailəsinin
üzvü olan abituriyentlər:

  • Attestatın əsli;
  • Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  • 4.Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd
  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • 6.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti 

QEYD:18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
*
3.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

  • Attestatın əsli;
  • Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın notarial qaydada təsdiq edilmiş surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).

*
3.a
. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  • Attestatın əsli;
  • Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti - 3ədəd;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd.Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

*
4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:

  • Attestatın əsli;
  • Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti - 3ədəd;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2  ədəd;
  • Vətaf etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın notarial qaydada təsdiq edilmiş surəti;

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

QEYD: Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.
*
Abituriyentlərin UNEC-ə qeydiyyatı I mərhələ üçün 16-28 avqust tarixlərində aparılacaq. Boş qalan yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı isə II mərhələdə 24 avqust-3 sentyabr tarixlərində aparılacaq.

Abituriyentlərin universitetə qeydiyyatı onların iştirakı olmadan aparılmır.

Abituriyent tələb olunan sənədləri həftənin I-V günlər saat 10:00-18:00-dək (13:00-14:00 nahar fasiləsi) UNEC-in II tədris binasına (Həsən Əliyev 135) təqdim etməlidir.

Qəbul Komissiyası

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay