21-22 aprel 2025-ci il tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərində “Logistikanın yaradıcı rolu. Qlobal dünya: təhdidlər və imkanlar. Nəsillərin yaddaşı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans (dəyirmi masa) keçiriləcək.

Tədbir Admiral F.M.Apraksin adına Kaspiy Dəniz və Çay Nəqliyyatı İnstitutu (Admiral M.P. Lazaryev adına Volqa Dövlət Dəniz Nəqliyyatı Universitetinin Həştərxan filialı, Rusiya Federasiyası) tərəfindən təşkil olunur.

Konfransda logistika sahəsinə inteqrasiya olunan iqtisadi, hüquqi, ekoloji və texniki məsələlər ətrafında geniş elmi müzakirələr gözlənilir.

Konfransa alimlər, pedaqoqlar, doktorantlar və tələbələr dəvət olunur. Tədbirdə iştirak edən hər bir şəxsə sertifikat və konfransdakı iştirakını əks etdirən əlavə arayış təqdim olunacaq.

Konfransın bölmələri:

  1. Geosiyasi və milli təhlükəsizlik problemləri, nəqliyyat dəhlizlərinin tarixi rolu
  2. Nəqliyyat logistikası və Xəzər dənizinin bioekoloji məsələləri
  3. İdarəetmə, iqtisadiyyat və hüquq
  4. Dəniz texnikasının yeni istiqamətləri
  5. Sosial aspektlər və mədəniyyətlərarası kommunikasiyalar
  6. Mühəndis kadrların hazırlanması, ekoloji çağırışlar

İştirak formaları:

  • Əyani iştirak (plenar və bölmə çıxışı + məqalənin nəşri)
  • Distant iştirak (onlayn çıxış + məqalənin nəşri)
  • Qiyabi iştirak (yalnız məqalənin nəşri)

İştirak şərtləri:

  • İştirak və məqalə dərc olunması ödənişsizdir
  • 10 aprel 2025-ci il tarixinədək aşağıdakılar təqdim olunmalıdır:
    • İştirak ərizəsi (doc və ya RTF formatında)
    • Tezis və ya məqalə (3–5 səhifə, antiplagiat tələbi min. 60%)
  • Məqalələr yalnız müəllif redaktəsində və daha əvvəl dərc olunmayan materiallar əsasında qəbul olunur

İştirak üçün müraciət:
İştirak edəcək iştirakçıların məlumatları 15 aprel 2025-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.

Konfransda iştirak üçün ərizə forması

  1. Soyad, ad, ata adı
  2. Məruzənin mövzusu
  3. Bölmənin adı
  4. Elmi ad/Elmi dərəcə(əgər varsa)
  5. İş və ya təhsil yeri
  6. Vəzifə
  7. Telefon nömrəsi (ölkə kodu ilə)
  8. E-mail ünvanı

Əlavə məlumat üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanı ilə əlaqə saxlanılmalıdır.

TOP XƏBƏRLƏR