UNEC-in Biznes və menecment fakültəsində universitetin məzunu, Aprel döyüşlərində şəhid olmuş Tural Dadaşovun anım tədbiri keçirilib.
Tədirdə fakültənin dekanı dos. Mirağa Əhmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun yazdığı qəhrəmanlıq salnaməsindən söz açıb.
Sonra Tural Dadaşovun müəllimi olmuş, dekan müavini dos. Elbrus Əkbərov şəhid barədə xatirələrini bölüşüb. Onun UNEC-də təhsil aldığı müddətdə həm müəllim, həm də tələbələr arasında böyük hörmət qazandığını diqqətə çatdırıb.
Fakültə üzrə THİK sədri Aqşin Quluzadə şəhid Tural Dadaşovun həyat yolunun gənclər üçün bir qəhrəmanlıq məktəbi olduğunu və onun göstərdiyi igidlik, vətənpərvərlik ruhunun gələcək nəsillərə örnək olacağını bildirib.
Sonda şəhidin anası Kəmalə Dadaşova oğlu ilə bağlı xatirələrini bölüşərək, Turalın həyatının və şəhidliyinin böyük qürur və fəxr mənbəyi olduğunu bildirib.