UNEC-in 95 illik yubileyi çərçivəsində Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva və “Azərbaycan dili” kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənov Bakı şəhəri Nərimanov rayonunda yerləşən 177 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüş zamanı şagirdlərə UNEC-in tarixi, missiyası, əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, infrastrukturu, burada tədris olunan ixtisaslar, tədris prosesinin və imtahanların təşkili, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları, tələbələr üçün yaradılmış xüsusi təqaüd imkanları, UDİD və MİNOR, mübadilə və beynəlxalq ikili diplom və s. haqqında ətraflı məlumat verilib, UNEC-də təhsilin üstünlüklərindən bəhs olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.