Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş “UNEC tarixini öyrənək” adlı bilik yarışmasının seçim turu keçirilib.
UNEC İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışın seçim turunda mövzular universitetin tarixini əhatə edib.
Qeyd edək ki, final turu isə 23 may saat 13:00-da, UNEC-in bütün tədris binalarında baş tutacaq.
İlk 3 yerin qalibi olacaq tələbələrə UNEC THİK tərəfindən hədiyyələr təqdim ediləcək.