A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə universitetləri arasında ilkə imza ataraq, InCites Benchmarking & Analytics platformasından istifadə etmək imkanı əldə edib.

InCites Benchmarking & Analytics müəllim və tələbələrə UNEC haqqında elmmetrik məlumatların təhlil olunmasında, universitetin inkişaf planlarının hazırlanmasında, həmçinin tədqiqat strategiyasının planlamasında əvəzsiz alət rolunu oynayacaq. Platforma həmçinin yeni istifadəçilər üçün əvvəlcədən hazırlanmış hesabatlar, analitiklər üçün isə güclü təhlil imkanları təklif edir. Eləcə də akademik performansı digər universitetlərlə müqayisə etmək, aparılan tədqiqatların təmsil etdikləri qurumun və ölkənin elmi inkişafına  verdiyi töhfəni ölçmək imkanı yaradır.

InCites B&A-da akademik institutlar, tədqiqatçılar, departament və şöbələr, jurnallar, tərəfdaşlar və maliyyə fondları arasında müqayisələr aparıla bilər. Aparılan təhlillər nəticəsində universitetin ən yaxşı olduğu sahələri və inkişaf etdirilməsi zəruri olan istiqamətləri də müəyyənləşdirmək mümkün olacaq.

Qeyd edək ki, hazırda InCites B&A-da 95 milyon nəşr qeydləri, 2.3 milyard əlaqəli istinadlar, 31 milyon fond məlumatı və 121 milyon patent məlumatı mövcuddur. 

TOP XƏBƏRLƏR