A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş Türk Dünyası İqtisad Fakültəsində esse müsabiqəsi keçirilib.

Müsabiqə tələbələrin akademik bacarıqlarını nümayiş etdirmək və universitetin əhəmiyyətini əks etdirən düşüncələrini paylaşmaq məqsədi daşıyıb.

Yarışa fakültənin müxtəlif kurslarından 7 tələbə qatılıb, verilən mövzularda esselər təqdim ediblər.

Təqdim olunan esselər arasında "UNEC tələbəsi olmaq: ilk təəssüratlar və gələcəyə baxış" mövzusunda yazı işi ilə fakültənin II kurs tələbəsi Seyfəli Bayramov I yerə layiq görülüb.

Sonda müsabiqə iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR