Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının ixtisas rəhbəri Azər Məmmədov “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Masallı şəhər “Dəfinə” liseyi, S.Tağıyev adına 4 nömrəli, Masallı rayonunun E.Əhədov adına Təzə Alvadı kənd 1 nömrəli, Təzə Alvadı kənd 2 nömrəli, Ə.Əsgərov adına Köhnə Alvadı kənd, B.Məmmədov adına Böyük Xocavar kənd, Meşəkənarı kənd tam orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə şagirdlərə Universitetin tarixi, missiyası, əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlər universitetdə kadr hazırlığı aparılan mühəndislik ixtisaslarının mahiyyəti, perspektivləri, onlara xidmət edən tədris və elmi-tədqiqat laboratoriyaları, məzunların karyera imkanları haqqında məlumatlandırılıb. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.