29-30 yanvar 2026-cı il tarıxlərində UNEC-in təşkilatçılığı və ev sahibliyi, AR Elm və Təhsil Nazirliyinin və AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansı, Azərbaycan Beynəlxalq Bankı (ABB) və 4SİM-in birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” adlı IV Beynəlxalq konfrans keçiriləcək.
Konfransın saytı: https://de-conf.unec.edu.az/
Konfransın mövzuları:
- Dövlət idarəçiliyində rəqəmsal transformasiya və innovasiya prosesləri
- Bir Kəmər, Bir Yol: Azərbaycanın rəqəmsal bazara töhfəsi
- Elektron hökumət və elektron idarəetmə
- Süni intellekt (Sİ), Big Data və Maşın Öyrənməsinin iqtisadiyyata təsiri
- Bulud texnologiyaları və rəqəmsal infrastruktur
- Əşyaların İnterneti (IoT) və sensorlar
- Rəqəmsal iqtisadiyyat və davamlı inkişaf
- Təhsil-əmək bazarı uyğunsuzluğu problemi
- Rəqəmsal iqtisadiyyat üçün zəruri bacarıqların müəyyən edilməsi
- Gələcəyin yaşıl bacarıqları və peşələri
- Texniki təhsilin əmək bazarına uyğunlaşdırılması
- Təhsilin rəqəmsal iqtisadi artıma töhfəsi
- Təhsildə rəqəmsal transformasiya və Sİ
- Rəqəmsal və hibrid təhsil modelləri
- Gig iqtisadiyyatı və Frilans platformaları
- Adaptiv təlim sistemləri və Smart repetitorluq sistemləri
- Virtual laboratoriyalar və simulyasiya əsaslı təlim
- Sİ əsaslı fərdiləşdirilmiş təhsil
- Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı və kurikulum islahatları
- Yeni təhsil proqramları İT, Məlumat analitikası və Sİ
- Rəqəmsal universitet modelləri
- Sənaye yönümlü kurikulumlar
- Təhsil-elm-biznes inteqrasiyası
- Pulsuz təhsil platformalarının davamlılığı
- Sİ etikası və tənzimlənməsi
- Qərəz və ayrı-seçkiliklə mübarizə
- Şəffaflıq və izahlı Sİ
- İşin avtomatlaşdırılması və işsizlik
- Sİ idarəetməsi və beynəlxalq standartlar
- Akademik dürüstlük və Sİ çağırışları
- Sosial-iqtisadi fəaliyyət
- Regionlarda rəqəmsal təhsil imkanları
- Gender və sosial inklüzivlik
- Xüsusi ehtiyacı olan insanlar üçün təhsil texnologiyaları
- Rəqəmsal uçurumun azaldılması strategiyaları
- Aşağı gəlirli tələbələrə rəqəmsal vasitələrin paylanması
- Universitet-sənaye əməkdaşlığı və innovasiya ekosistemi
- Dual təhsil və təcrübəyə əsaslanan təlim
- Universitet startapları və spin-off modelləri
- Texnoparklar və innovasiya mərkəzləri
- Rəqəmsal təhsil xidmətlərinin kommersiyalaşdırılması
- Rəqəmsal ekosistemlərin təşkili və idarə olunması
- Məlumatların qorunması və Kibertəhlükəsizlik
- Rəqəmsal savadlılıq və kibertəhlükəsizlik məlumatlılığı
- Təhlükəsiz məlumatların emalı
- Məxfiliyi artıran Sİ texnologiyaları
- Anomaliya və fırıldaqçılığın aşkarlanması
- Təhsil platformalarında məlumatların şifrələnməsi
- Elektron ticarət və rəqəmsal bazarlar
- Elektron ticarət platformalarının inkişafı və çətinlikləri
- Sİ - Maliyyə sektorunda Fintech və risklərin idarə edilməsi
- Ödəniş mühitində yeni trendlər
- Rəqəmsallaşmaya doğru: bankçılığın transformasiyası, blokçeyn texnologiyaları
- Rəqəmsal Vergi Sistemləri
- Sosial və ətraf mühitə təsir
- Rəqəmsallaşmanın sosial bərabərliyə təsiri
- Rəqəmsal texnologiyalar və məşğulluğun sosial transformasiyası
- Ətraf mühitə təsir: rəqəmsallaşma və yaşıl iqtisadiyyat
- Rəqəmsal istehlakçı mədəniyyəti və ekoloji dayanıqlılıq
- Rəqəmsal cəmiyyət, etik məsuliyyət və sosial etimad
Tərtibat tələbləri
Konfransda iştirak etmək istəyənlər Azərbaycan, ingilis, türk və rus dillərində 6 səhifədən ibarət genişləndirilmiş xülasələrini Şablona (template.docx) əsasən aşağıdakı formada təqdim etməlidirlər:
Ø Təqdim olunan material A4 formatında (yuxarı və aşağı sahələr 2 sm, sol və sağ sahələr 3 sm) Times New Roman-da (şriftin ölçüsü - 12pt, sətirlərarası interval - 1.15) hazırlanmalıdır. Xülasə 100-150 sözdən, açar sözlər isə 5 sözdən çox olmamalıdır.
Ø Şəkillər mətnin mərkəzində aydın şəkildə və yüksək keyfiyyətli olmalıdır. Şəkildən sonra bir sətir qalmalı, daha sonra şəkil başlığı mərkəzdə ardıcıl olaraq "Şəkil" sözü ilə başlayaraq nömrələnməli və şəklin qısa təsviri verilməlidir. Hər bir şəklə mətndə istinad edilməlidir, məsələn (Şəkil 1).
Ø Cədvəllər Microsoft Word və ya Excel proqramında hazırlanmalı və mətnin mərkəzinə yerləşdirilməlidir. Daha sonra mərkəzdə cədvəlin başlığı ardıcıl olaraq "Cədvəl" sözü ilə başlayaraq nömrələnməli və növbəti sətirdə qısa təsvir verilməlidir. Başlıq cədvəlin yuxarısına yerləşdirilməli və bundan sonra sətir buraxılmalıdır. Hər bir cədvələ mətndə istinad edilməlidir, məsələn (Cədvəl 1).
Ø Düsturlar standart Word Equation redaktorunda yazılmalı, düsturdan əvvəl və sonra bir sətir buraxılmalı və ardıcıl nömrələnmədən istifadə edilməlidir. Düstur nömrəsi sağda mötərizədə göstərilməlidir.
Ø İstinadlar siyahısı əlifba sırası ilə yazılmalı və mətn daxilində isə istinadlar kvadrat mötərizədə istinad nömrəsi ilə verilməlidir, məsələn [1, 2]. Son illərin nəşrlərinə istinad etmək tövsiyə olunur.
Ø Fayl adı müəllifin adı və soyadı ilə uyğun olmalıdır (həmmüəlliflər olduqda, məqalədə adı çəkilən ilk müəllifin adı və soyadı göstərilməlidir).
Ø Məqalələrin göndərilməsi üçün son tarix: 10.01.2026-cı il
Ø Qəbul bildirişi: 15 yanvar 2026-cı il.
Ø Konfrans materiallarını göndərmək üçün elektron ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ø Konfransda iştirak haqqı: ödənişsiz
Ø Elm Komitəsi konfransın göstərişlərinə əsasən təqdim olunmuş materialları seçmək hüququna malikdir. Tələblərə cavab verməyən və digər nəşrlərdə dərc olunmuş materiallar qəbul edilmir. Materiallar antiplagiat proqramı tərəfindən yoxlanılacaq.
Ø Konfrans materiallarının elektron versiyası konfransın saytında yerləşdiriləcək və müəllifin elektron poçtuna göndəriləcək.
ƏLAQƏ:
UNEC "Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrası
tel. (+99412) 492-72-98 (daxili 13-25)
Təşkilat Komitəsinin məsul katibi: r.f.d. Asya Quliyeva
mob:(+994) 51 877 55 22