A

4-5 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda İqtisadiyyat və Sosial Elmlər sahəsində Tətqiqatçıların II Beynəlxalq Konfransı (ICRESS-2025) keçiriləcək.

Konfransda iştirak etmək üçün müvafiq mövzu üzrə məqalələr (azərbaycan, türk, rus və ingilis dillərində) 15 noyabr 2025-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtu vasitəsilə qəbul olunacaqdır.

Konfransın bölmələri aşağıdakı  mövzuları əhatə edir:

  • Dayanıqlı inkişaf və sosial innovasiyalar;
  • İnnovasiya siyasəti və dövlət dəstəyi;
  • Regionların dayanıqlı inkişaf problemləri;
  • İnnovativ iqtisadiyyat və beynəlxalq rəqabət;
  • Dayanıqlı iqtisadiyyat və resursların səmərəli idarə olunması;
  • Dayanıqlı inkişaf: innovasiya və sosial rifahın statistik ölçülməsi;
  • Azərbaycanda dayanıqlı və innovativ inkişaf;
  • Ekoloji problemlər və dairəvi iqtisadiyyat;
  • Yaşıl inkişaf və yaşıl iqtisadiyyata transformasiya.

Konfransa göndərilən məqalələrin yazı qaydalarına tələblər haqqında nümunəni https://drive.google.com/file/d/1bo9h3iqNrSj62hmRB9QaaRTj9u4EdNlL/view?usp=drive_link  linki vasitəsilə əldə etmək olar.

Yalnız canlı və ya onlayn qaydada çıxış edən müəlliflərin məqalələri toplu kitabında nəşr olunacaqdır.

TOP XƏBƏRLƏR