A

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin, UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı və “SOCAR POLYMER” MMC-nin sponsorluğu ilə 26 dekabr 2025-ci il tarixində “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” adlı Ümumrespublika Elmi Məqalə Müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçiriləcək.

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant, magistr və tələbələrinin Qarabağın dirçəldilməsi ilə bağlı elmi tədqiqatlar aparmasını təşviq etməkdir. Mühüm istiqamət işğaldan azad olunmuş ərazilərdə dövlət suverenliyimizin tam bərpasından sonra iqtisadiyyat quruculuğunun səmərəli mexanizmlərinin müəyyənləşdirilməsi, Qarabağın dirçəldilməsinin strateji əhəmiyyəti və Şuşa ilə Xankəndi şəhərlərinin iqtisadi strukturunun formalaşdırılması istiqamətləri üzrə tədqiqatların müsabiqə əsasında mükafatlandırılmasıdır.

Mükafatlandırma professor-müəllim heyəti, eləcə də doktorant, dissertant, magistr və tələbə heyəti üçün ayrıca nəzərdə tutulmuşdur. Hər iki kateqoriya üzrə ilk onluğa daxil olan məqalə müəlliflərinə sertifikatlar təqdim ediləcək, seçilmiş məqalələr müsabiqənin elektron kitabına daxil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay