A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) proqram rəhbərləri Elnur Hüseynzadə və Hüseynqulu Quliyevin təşkilatçılığı ilə “Ekologiya” ixtisası üzrə təhsil alan magistrantlar universitet–sənaye əməkdaşlığı çərçivəsində “Azərkosmos”da təcrübə və tanışlıq səfərində olublar.

Görüş zamanı tələbələrə Azərkosmosun fəaliyyəti, ölkənin kosmik sənaye və peyk texnologiyaları sahəsində strateji rolu, uzaqdan zondlama texnologiyalarının ekoloji ekspertizada tətbiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, ekoloji monitorinqin aparılması və ətraf mühit proseslərinin modelləşdirilməsi, eləcə də bu sahədə beynəlxalq metodoloji yanaşmalar barədə ətraflı məlumat verilib. Xüsusilə peyk məlumatları əsasında ekoloji parametrlərin ölçülməsi, məlumatların analizi və risklərin proqnozlaşdırılması məsələləri vurğulanıb.

Eyni zamanda, Azərkosmosda tətbiq olunan idarəetmə sistemləri, innovativ texnoloji həllər və bu sahədə insan kapitalının inkişafına yönəlmiş fəaliyyətlər barədə təqdimat keçirilib. Tələbələrə kosmik sənaye və yüksək texnologiyalar sahəsində mövcud və perspektiv karyera imkanları haqqında geniş məlumat verilib.

Görüş interaktiv müzakirələrlə davam edib, magistrantları maraqlandıran suallar cavablandırılıb. Sonda universitet–sənaye əməkdaşlığının gücləndirilməsinin gələcəkdə ixtisaslı kadr hazırlığı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

TOP XƏBƏRLƏR