UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində gender bərabərliyi mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə gender bərabərliyinin cəmiyyətdə, xüsusilə də təhsil və rəqəmsal sahələrdə rolu müzakirə olunub.
Fakültənin dekan müavini Ramal Cabbarov çıxış edərək bildirib ki, gender bərabərliyi yalnız sosial məsələ deyil, eyni zamanda inkişaf və innovasiya üçün mühüm amildir. O, universitet mühitində bərabər imkanların yaradılmasının gənclərin gələcək karyerasına müsbət təsir göstərdiyini vurğulayıb.
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının baş müəllimi Heyran Həsənova isə çıxışında gender bərabərliyinin texnologiya sahəsindəki aktuallığından bəhs edib. O, qadınların rəqəmsal iqtisadiyyatda fəal iştirakının vacibliyini qeyd edərək tələbələri bu mövzuda daha aktiv olmağa çağırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.