24 iyun 2021-ci il saat 19:00-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “Data elmi, analitika və yeni trendlər” adlı növbəti tədbiri keçiriləcək.

Vebinarda data elminin əhəmiyyəti və təhsil sahəsində nəzərə alınmalı məqamlar kimi mövzulara toxunulacaq. Tədbirin spikeri Ottava Universitetində Telfer Menecment Məktəbinin Menecment analitikası üzrə fəlsəfə doktoru Vüsal Babaşov olacaqdır. O, bakalavr təhsilini Qafqaz Universitetində Sənaye mühəndisliyi ixtisası üzrə alıb. 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının Pittsburq Universitetində “Sənaye mühəndisliyi” və 2012-ci ildə isə Kanadanın Qərb Universitetində Biostatistika ixtisasları üzrə magistr təhsili almışdır. Elmi araşdırma sahələrinə analitika, optimizasiya, dinamik proqramlaşdırma və s. daxildir.

Vebinarda iştirak etmək istəyənlər 22 iyun 2021-ci il tarixinədək qeydiyyatdan keçmək lazımdır.

QEYDİYYAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay