Bloomberg Maliyyə Laboratoriyası tərəfindən maliyyə bazarları üzrə təlim proqramına qeydiyyat elan olunub.
Təlimlər 20 fevral – 20 mart 2026-cı il tarixləri aralığında, tələbələr üçün uyğun dərs saatlarında, 5 iş günü müddətində saat 09:15-dən 18:00-dək keçiriləcək.
Proqrama Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlil rəhbərlik edəcək. Təlimin sonunda iştirakçılar Bloomberg Market Concepts (BMC) sertifikatı əldə edəcəklər.
Qeyd edək ki, təlim proqramına qeydiyyat 18 fevral 2026-cı il tarixində saat 18:00-da başa çatacaq.