A

COP-29 çərçivəsində UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Gender fərqliliyi və Karbon 3 emissiyasını əhatə edən heyət: milli mədəniyyətin tənzimləyici təsiri” (“Board gender dıversıty and scope 3 carbon emıssıons: the moderatıng ımpact of natıonal culture”) mövzusunda növbəti onlayn vebinar keçiriləcək.

Mövzu ətrafında UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin rəhbəri, Böyük Britaniyanın Southampton Universitetinin professoru Kamran Məlikov və həmin mərkəzin üzvü, Essex Universitetinin professoru Silvia Qaia ingilis dilində təqdimatla çıxış edəcəklər.

18 sentyabr 2024-cü il tarixində saat 12.00-da keçiriləcək vebinara Zoom platforması üzərindən https://zoom.us/j/95208416449 (kod: 257187) linkinə keçid etməklə qoşula bilərsiniz.

Vebinar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR