Noyabrın 1-də UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzinin təqdimatında “Ətraf mühit iqtisadiyyatında Web of Science indeksli jurnallarda məqalə yazımı” “(How to write Web of Science Indexed paper in environmental economics?) adlı onlayn təlim keçiriləcək.
Üç müxtəlif mövzunu əhatə edən təlim UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçıları, eyni zamanda Türkiyənin aparıcı universitetlərinin alimləri dos.Uğur Korkut Pata, dos.Sinan Erdoğan (saat 14:30-15:00) və dos.Selin Karlılar Patanın (15:30-16:00) təqdimatı ilə olacaq.
Qeyd edək ki, təlimçilərdən dos. Uğur Korkut Pata və dos. Sinan Erdoğan Stenford Universitetinin hazırladığı “Dünyanın Nüfuzlu Alimləri”nin reytinq siyahısının ilk 2%-nə daxil olan alimlər sırasında yer alıblar.
Təlimin işçi dili ingilis dilidir.
Təlimə qoşulmaq üçün LİNK
kod: 350325
Təlim UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi Facebook səhifəsində canlı olaraq yayımlanacaq.