A

“Həftənin kitabı” layihəsi bu dəfəki buraxılışında “Rəqəmsal maliyyə” kitabını təqdim edirik.

Kitabın müəllifi iqtisad elmləri doktoru, professor Saleh Məmmədovdur. Dərs vəsaitinin hazırlanmasında həmmüəlliflər sırasında UNEC, BMU və ADAU-nun tələbələri də var.

Dərs vəsaitində maliyyənin  təşkili, idarə edilməsi və planlaşdırılması prinsipləri çağdaş elmi-rəqəmsal təşkil mövqeyindən təhlil edilib. Dövlət və özəl (sahibkarlıq) maliyyə işinin müxtəlif yönləri, beynəlxalq və regional maliyyə münasibətləri geniş işıqlandırılıb. Müəlliflər dünyanın bir çox bölgələrindəki iş təcrübəsindən bəhrələnərək, iri regionlarda istifadə olunan maliyyə terminlərinin və maliyyə işinin öyrənilməsi prinsiplərinin ortaq məxrəcini tapmağa çalışıblar. Əsərdə SDÖ və Qərb maliyyələri nəzəri və praktik cəhətdən ümumiləşdirilib, müasir rəqəmsallaşma şəraitində həmin regionlarda fəaliyyət göstərən rəqəmsal maliyyənin bütün aspektləri və istiqamətləri nəzərdən keçirilib. Tədqiqat obyekti kimi bütün dünya iqtisadiyyatı, o sıradan hazırda rəqəmsal keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyatı seçilmişdir.

“Rəqəmsal maliyyə” dərs vəsaiti 2022-ci ildə çapdan çıxıb, 106 səhifədir. Oxucu-istifadəçilər dərs vəsaitini UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay