A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Xatirə ədəbiyyatı silsiləsindən” olan 2 kitabı “Əhməd Cavad haqqında Xatirələr” və “Məhəmməd Əmin Rəsulzadə. Qafqaz xatirələri” kitablarını təqdim edir.

“Məhəmməd Əmin Rəsulzadə. QAFQAZ XATİRƏLƏRİ” tarixi-sənədli əsəri XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrlə yanaşı, bu gün dünyada, xüsusən Qafqazda baş verən geosiyasi vəziyyətə də aydınlıq gətirir. Bu tarixi qeydlər bir daha sübut edir ki, ozamankı siyasi gedişatlar, Qafqaz üzərində cərəyan edən dünya maraqları təkrarlanır. Kitabın üz qabığındakı Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” müstəqillik şüarı da elə gələcəyə bir ismarıcdır.   

“Əhməd Cavad haqqında XATİRƏLƏR” kitabda Azərbaycanın böyük mütəfəkkiri, şair Əhməd Cavad haqda xatirələr toplanıb. Oğulları Niyazi və Yılmaz Axundzadələr, qələm əhli Əmir Mustafayev, Əli Səbri, Rəhman Salmanlı və başqalarının xatirələrinin toplandığı bu kitabda Əhməd Cavadın keşməkeşli ömür yolu, necə nəcib, qabaqcıl düşüncəli və ziyalı insan olması, repressiyaya necə düşdüyü və bundan sonra ailəsinin başına gətirilən faciələrdən danışılır. Kitabın üz qabığında vurğulandığı kimi “Onun qisməti dəmir barmaqlıqlar, qaranlıq zirzəmilər, uzaq-uzaq sürgünlər oldu”.

Qeyd edək ki, “Xan” Nəşriyyatında 2018-ci ildə çapdan çıxan “Əhməd Cavad haqqında XATİRƏLƏR” kitabı “Xatirə ədəbiyyatı silsiləsindən” 38-ci və 2019-cu ildə nəşr edilən “Məhəmməd Əmin Rəsulzadə. QAFQAZ XATİRƏLƏRİ” kitabı 40-cı kitabdır.

Oxucu-istifadəçilər kitabları UNEC-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay