A

“Həftənin kitabı” bu həftə oxuculara “İqtisadi informatika” kitabını təqdim edir.

Kitab UNEC-in müəllimləri Arzu Məmmədova, Mətləb Əlizadə və Vəfa Nəcəfovanın həmmüəllifliyi ilə ərsəyə gəlib.

Dərs vəsaitində iqtisadiyyatda informasiya sistemləri, iqtisadi fəaliyyətin informasiyalaşdırılma istiqamətləri, informasiya texnologiyalarının tətbiq vasitələri, informasiya sistemlərinin layihələndirilməsinin əsasları və onların təşkili mərhələləri, iqtisadi məsələlərin həllində informasiya texnologiyalarının tətbiqi, verilənlər bazasının idarəetmə sistemlərinin və inteqrasiya edilmiş proqram paketlərinin istifadəsi, iqtisadi informasiya sistemləri bazasında maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması məsələləri geniş təhlil edilib.

557 səhifəlik “İqtisadi informatika” kitabı “Biznes Universiteti” nəşriyyatında 2018-ci ildə çapdan çıxıb.  

“İqtisadi informatika” kitabını UNEC-in 24/7 kitabxanasından, eləcə də UNEC-in bütün tədris binalarındakı oxu zallarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay