A

“Həftənin kitabı” bu həftə oxuculara “Qeyri-neft sənayesinin iqtisadiyyatı” kitabını təqdim edir.

Müəllifləri İ.M.Abbasov və T.N.Əliyev olan dəsrlikdə qeyri-neft sənayesinin xarakterik xüsusiyyətləri, strukturu, formalaşmasının əsas prinsipləri, milli iqtisadiyyatda rolu və əhəmiyyətindən bəhs olunur. Həmçinin qeyri-neft sənaye sahələrinin təkamül yolu ilə inkişafı, mövcud sosial-iqtisadi durumu, ixrac potensialı çoxillik statistik məlumatlar əsasında kompleks şəkildə tərtib edilərək qiymətləndirilib. Dərslikdə eyni zamanda aqrar sahənin formalaşması və inkişafı, rabitə və informasiya texnologiyalarının, tikinti, turizm sənayesinin inkişafı məntiqi ardıcıllıqla şərh edilərək, qeyri-neft sənayesində sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı istiqamətləri açıqlanıb, sahibkarlığın dövlət tənzimlənməsi və sahələrin proqramlar əsasında inkişafının üstünlükləri və sosial-iqtisadi nəticələri verilib. 

267 səhifədən ibarət olan “Qeyri-neft sənayesinin iqtisadiyyatı” kitabı 2018-ci ildə çapdan çıxıb. Kitabı UNEC-in 24/7 kitabxanasından, eləcə də tədris binalarındakı oxu zallarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR