A

“Həftənin kitabı” bu həftə “İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabını təqdim edir.

Kitabın müəllifləri professor Əli Həsənov və Aslan Aslanovdur. Buraxılışa məsul şəxs AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir.

Kitabda zəngin faktlar əsasında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 15 illik fəaliyyəti dövründə ölkənin dinamik inkişafının dolğun mənzərəsi verilib. Azərbaycanda aparılan köklü islahatlar sayəsində iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, sosial-mədəni, ordu quruculuğu və xarici siyasət sahəsində əldə edilən nailiyyətlər tutarlı dəlillərlə əsaslandırılıb. Ölkədə ictimai-siyasi və demokratik təsisatların daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı görülən işlər şərh olunub.

“İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” 2018-ci ildə çapdan çıxıb və 184 səhifədir.

“İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)”  və rus dilində olan “Ильхам Алиев – Пятнадцать лет на посту Президента летопись достижений (2003-2018)” kitabları ilə UNEC-in 24/7 kitabxanasında tanış ola bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay