A

“Həftənin kitabı” bu həftə oxuculara “Курс микроэкономики” (“Mikroiqtisadiyyat kursu”) dərsliyini təqdim edir.

Kitabın müəllifı R.M.Nureyevdir. Dərsliyin əsasını müəllifin “Вопросы экономики”, “Консультант директора” və digər xarici jurnallarda çap edilən, həmçinin bir sıra universitetlərdə tədris etdiyi müasir iqtisadi nəzəriyyədən ibarət mühazirələr toplusu təşkil edir.

Rus dilində olan bu dərsliyin üstünlüyü kitabda müasir institusional yanaşmanın geniş istifadə edilməsidir. Nəşrdə  hər mövzuya aid nəzəri hissə ilə yanaşı, yoxlama suallar, əsas və əlavə ədəbiyyat, mühüm anlayışların qısa siyahısı, nümunə üçün məsələ həlləri, eləcə də verilən tapşırıqların cavabları və s. geniş yer alıb.

“Курс микроэкономики” kitabı 624 səhifədir. Dərslik “ИНФРА-М” nəşriyyatında 2018-ci ildə çapdan çıxıb.  

Kitabı UNEC-in 24/7 kitabxanasına gəlib əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay