A

“Həftənin kitabı” bu həftə oxuculara “Sosial inkişafda servis fəaliyyəti” kitabını təqdim edir.

Dərs vəsaitinin müəllifi UNEC- in “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti Fəridə Qurbanovadır.

Müəllifin bu əsərində faktiki materiallar əsasında Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası təhlil olunub. Dərs vəsaitinin məqsədi cəmiyyətin əsas məhsuldar qüvvəsi olan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradan maddi və qeyri-maddi xidmət sahələrini inkişaf etdirmək, əhalinin tələbatını ödəmək, mübadilə proseslərini və əsas növlərini yaratmaqdan ibarətdir. Müasir şəraitdə iqtisadi və sosial inkişafın əsas istiqaməti yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin və xidmətlərinin inkişafı və təkmilləşdirilməsi prosesinə xidmət etməkdir.

120 səhifəlik “Sosial inkişafda servis fəaliyyəti” dərs vəsaiti 2021-ci ildə çapdan çıxıb. Oxucu-istifadəçilər kitabı UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay