A

 “Həftənin kitabı” bu həftə “İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin metodoloji əsasları” kitabını təqdim edir.

Kitabın müəllifləri UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları professor Rövşən Quliyev, i.f.d. Fərhad Mikayılov və elmi işçi Nazim Məmmədovdur.

Monoqrafiyada işğal zamanı, işğal müddətində və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması zamanı dəymiş zərərin qiymətləndirilməsi metodologiyaları öz əksini tapıb. Həmçinin, kitabda hər bir sahənin fərdi xüsusiyyətləri də nəzərə alınmaqla, müvafiq qiymətləndirmə metodları işlənilmiş, nümunələr əsasında açıqlamalar verilmişdir.

“İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin metodoloji əsasları” kitabı 130 səhifədir. “İqtisad Universiteti” nəşriyyatında 2019-ci ildə çapdan çıxıb.

Kitabı UNEC-in bütün tədris binalarında olan kitabxanalarından əldə etmək mümkündür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay