A

“Həftənin kitabı” bu həftə oxuculara “Cümhuriyyət qurucuları” kitabını təqdim edir.

Kitabın müəllifi tarix elmləri doktoru, professor Nəsiman Yaqubludur.

Kitabda arxiv sənədlərindən, müxtəlif dillərdə çap olunmuş elmi əsərlərdən faydalanaraq ciddi axtarışlar aparılıb, Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş şəxslərlə bağlı geniş məlumatlar təqdim edilib.

Müəllifin "Azərbaycan Cümhuriyyətinin qurucuları yüksək istedadlı, savadlı insanlar olmaqla yanaşı, vətəni və milləti sevən, onun mənafeyini hər istəkdən üstün tutan şəxsiyyətlər idi” fikri əsərboyu dəfələrlə vurğulayaraq, 1991-ci ildə yenidən müstəqilliyimizin bərpasına nail olarkən Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərməsini söyləyib. Kitabda Nəsiman Yaqublu “Azərbaycan cəmiyyətinin yeniləşməsində xalqımızın istiqlala qovuşmasında, azad cümhuriyyət qurulmasında” misilsiz dərəcədə böyük rolu olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşov, H.Ağayev, N.Yusifbəyli, Xasməmmədov və Ziyadxanov qardaşları kimi görkəmli şəxsiyyətlərə bu işdə daima dəstək olan Musa Rəfiyev, Ağa Əmirov, Aslan Qardaşov, Teymur bəy Makinski, Faris Vəkilov və başqaları haqqında da geniş məlumat verib. Qeyd edək ki, bu faktların əksəriyyəti elmi ictimaiyyətə ətraflı olaraq ilk dəfə təqdim edilib. Nəşrdəki nümunələr böyük ideoloq M.Ə.Rəsulzadə ilə başlayır, tanınmış arxitektor Zivər bəy Əhmədbəyovla yekunlaşır.

“Cümhuriyyət qurucuları” kitabı 504 səhifədir. Kitab 2018-ci ildə çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay