A

UNEC –in 24/7 kitabxanası bu həftə “Həftənin kitabı” layihəsi çərçivəsində “Fiziki kimya” və “Analitik kimya və instrumental analiz” kitablarını təqdim edir.

Kitabların müəllifləri UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri fizika elmləri doktoru, əməkdar müəllim, professor Rövnəq Rzayev və həmin kafedranın baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Aytən Niyazovadır.

“Fiziki kimya” kitabının I hissəsi “Termodinamika, fiziki-kimyəvi analiz” başlığı altında verilib. Bu hissədə fiziki kimyanın mövzusu, termodinamikanın qanunları, fiziki kimyanın analizi və digər mövzulara geniş yer verilib.

II hissə “Kimyəvi və instrumental analiz üsulları” altbaşlıqlı “Analitik kimya və instrumental analiz” kitabıdır. Bu dərs vəsaitində instrumental analiz vasitəsilə maddənin optiki, elektrik və digər xassələrinin ölçülməsi aparatların (cihazların) tətbiqinə imkan yaratması, avtomatik nəzarət metodunun hazırlanması, ümumilikdə kimyəvi və instrumental analiz üsullarının izahatı təqdim edilib.

Hər iki kitab “İqtisad Universiteti” nəşriyyatında 2022-ci ildə çapdan çıxıb. Oxucu-istifadəçilər bu kitabları UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR