UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD) tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının öyrənilməsi“ mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin açılışında ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan söz açıb. Ulu öndərin fəaliyyətinin bütün mərhələlərində milli dövlətçilik məfkurəsinə sadiq qaldığını, ölkəmizdə azərbaycançılıq ideologiyasını formalaşdırdığını diqqətə çatdırıb.
Sonra Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur“ mövzuda çıxış edərək, ümummilli liderin Azərbaycan dövlətçiliyinin bərpasındakı xidmətlərindən bəhs edib.
Kafedranın dosenti Hümeyrə Mustafayeva isə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi“ mövzuda çıxış edib. Böyük öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının ilk növbədə, milli maraqlarımızın bütün zəruri istiqamətlərini özündə ehtiva edən tarixi bir konsepsiya olduğunu vurğulayıb.
Tədbir ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının dövlətçiliyimiz və xalqımızın inkişafındakı mühüm rolundan bəhs edən çıxışlarla davam edib.