A

Beynəlxalq seminar çərçivəsində UNEC-də olan Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru İqor Maksimsev və rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-in kitabxanaları və Kitabxana İnformasiya Mərkəzinin fondları ilə yaxından tanış olub.

Nümayəndə heyəti UNEC-in kitab fondunun zənginləşdirilməsi məqsədilə KİM-ə 20-yə yaxın kitab hədiyyə edib. Hədiyyə olunan kitablardan “Azərbaycan və Rusiyanın əməkdaşlığının inkişafında Heydər Əliyevin rolu” adlı beynəlxalq elmi-praktiki konfransın materialı, strateji menecment, layihələrin idarə edilməsi, maliyyə, rəqəmsal logistika, təminat zəncirinin idarə edilməsi, yaradıcı sənayelər və eksperimental dizayn sahələrinə dair bir sıra nəşrləri nümunə göstərmək olar.

Kitablarla UNEC Kitabxana-İnformasiya Mərkəzinin tədris binalarının kitabxanalarında tanış olmaq olar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay