A

UNEC İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu tərəfindən “Davamlı iqtisadi artıma nail olunmasında kapital-əmək münasibətlərinin tarazlığı və keyfiyyətli təhsilin rolu” mövzusunda növbəti elmi seminar keçirilib.

İnstitutun direktoru professor Yadulla Həsənli “Davamlı iqtisadi artıma nail olunmasında kapital-əmək münasibətlərinin tarazlığı və keyfiyyətli təhsilin rolu” barədə məruzə ilə çıxış edib.

Məruzəçi dünyada, xüsusilə də təbii sərvətlərlə zəngin olan ölkələrdə kapital və əmək bazarlarının inkişaf meyllərindən söz açaraq, istehsal funksiyaları və optimallaşdırma üsulları ilə Azərbaycan, Qazaxstan və Rusiya timsalında kapital-əmək tarazlığını xarakterizə edən parametrlərin tapılmış qiymətlərinin müqayisəli təhlilini verib. O, keyfiyyətli təhsilin tarazlığın təmin olunmasında əsas amil olduğunu vurğulayaraq, alınmış nəticələr əsasında müvafiq təkliflər səsləndirib.

Məruzədən sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə UNEC-in institutun əməkdaşları ilə yanaşı, Maliyyə və Mühasibat fakültəsinin tələbələri də iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay